AZ

İsrail müharibədə ondan istifadə etdi - İLK DƏFƏ + FOTO

İsrail İranın raket və pilotsuz təyyarələrini ələ keçirmək üçün ilk dəfə döyüş şəraitində “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu TASS-a müsahibəsində İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi bildirib.

O qeyd edib ki, İranla münaqişə zamanı bu sistem ilk dəfə döyüş şəraitində istifadə olunub.

Iron Beam sistemi lazer şüasından istifadə etməklə ultra qısa mənzilli raketləri, həmçinin minaatan və artilleriya mərmilərini tutmaq üçün nəzərdə tutulub. Onun kiçik PUA-ları da məhv edə biləcəyi güman edilir.

Xəzər

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

4Mənbələr