AZ

«Kəpəz BOKT» MMC -nin nizamnamə kapitalında – BÖYÜK ARTIM

Azərbaycanın qeyri-bank maliyyə sektorunun aparıcı nümaynədələrindən olan «Kəpəz Bank Olmayan Kredit Təşkilatı» MMC nin nizamnamə kapitalı kəskin artırılıb. 

FED.AZ biznes və maliyyə xəbərləri agentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, «Kəpəz BOKT» MMC-nin təsisçilərinin qərarı ilə qurumun nizamnamə kapitalı 2,5 dəfə artırılaraq 2 milyon manatdan 5 milyon manata qaldırılıb. 

BOKT-dan bildirilib ki, kapital artımında əsas məqsəd təşkilatın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir. Eyni zamanda nizamnamə kapitalının artımı BOKT real sektora kredit qoyuluşlarının həcminin artırılmasına da xidmət edəcək. 

Beləliklə, BOKT fərdi həllər və yüksək səviyyəli xidmət təqdim edərək müştərilərinə daha da yaxın olmaq və strateji məqsədlərinə çatmaq istiqamətində inamlı addımlar atır.

Qeyd edək ki, təşkilat 2024-cü ili 11 951 254 manat aktivlərə sahib olmaqla 1 778 032 manat xalis mənfəətlə başa vurub. BOKT-un illik strateji planına və maliyyə proqnozuna əsasən, 2025-ci ili mənfəətlə yekunlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, «Kəpəz BOKT» MMC-nin  təsisçi bir fiziki şəxs olmaqla 100% paya sahibdir. Şirkətin qanuni təmsilçisi isə Rəşad Əliyevdir.

BOKT kredit məhsulları barədə ətraflı məlumatı təşkilatın rəsmi veb (https://kepez-bokt.az) səhifəsindən əldə edə bilərsiniz.

[red]«Kəpəz[red]«Kəpəz
Seçilən
13
fed.az

1Mənbələr