AZ

KLublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

ABŞ-də keçirilən klublararası dünya çempionatının ilk turu çərçivəsində daha iki matç baş tutub.

Fanat.Az xəbər verir ki, Argentinanın "Boka Xunors" və Portuqaliyanın "Benfika" komandaları arasında görüşdə qapılara 4 qol vurulub. 

Tərəflər məhsuldar heç-heçəyə (2:2) razılaşıblar.

Heyətində sabiq "Qarabağ"lı Juninyonun da olduğu "Flamenqo" (Braziliya) isə "Esperans" (Tunis) komandası üzərində inamlı qələbə qazanıb - 2:0. Juninyo sona qədər ehtiyat oyunçular skamyasında qalıb.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Seçilən
19
fanat.az

1Mənbələr