ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın “Tehran dərhal boşaldılmalıdır, hamı oranı tərk etməlidir!” bəyanatı böyük narahatlıq yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, Güney Azərbaycanın İran çempionu olmuş tanınmış futbol klubu “Traxtor” da bu bəyanata reaksiya verib.
Klubun bəyanatında deyilir:
“Tehranda 15 milyona yaxın insan yaşayır. Fərqi yoxdur – türk, fars və ya başqa irq. Biz türklər irqçi millət deyilik, heç kimin zərər görməsini istəmirik. Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib? Bir gündə 15 milyon insan hara gedə bilər? Bu anlaşılmazdır”.
Xatırladaq ki, hazırda Tehranda vəziyyət çox ağırdır və çox sayda insanın şəhəri tərk etdiyi bildirilir.
Xəzər
“Cebheinfo.az”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.