AZ

Britaniya ilə ABŞ ticarət razılaşması imzaladılar: Tramp səhvə yol verdi

Vaşinqton və London ticarət razılaşması üzərində işi yekunlaşdırıb.

Musavat.com xəbər verir ki, bu məlumat Ağ Evin yaydığı açıqlamada əksini tapıb.

Bildirilir ki, razılaşmaya əsasən Birləşmiş Ştatlar Böyük Britaniyanın aerokosmik sənayesinə tətbiq etdiyi tarifləri ləğv edəcək.

Bundan əlavə, ABŞ Ticarət Nazirliyi Böyük Britaniyadan polad və alüminium idxalı üçün 25 faiz tarifsiz kvota təyin edəcək.

Razılaşmanın özü Yeddilik Qrupunun (G7) Kananaskisdə keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Key Starmer tərəfindən elan edilib.

Amerika lideri çıxışının əvvəlində mətbuata ikitərəfli ticarət sazişi ilə bağlı icra sərəncamını göstərmək üçün qovluğu açıb və bir neçə səhifə yerə düşüb.

Onları götürməyə kömək edən Starmer gülümsəyərək deyib: “Çox vacib sənəddir”. Jurnalistlərlə söhbətində Tramp səhvə yol verərək sənədi “Avropa İttifaqı ilə ticarət sazişi” adlandırıb, bundan sonra digər ölkələrlə də oxşar ticarət sazişləri hazırlamaq barədə danışmağa başlayıb.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr