AZ

Qurban Qurbanovun hədəfi ən azı Avropa Liqasının əsas mərhələsində oynamaqdısa...

Avrokuboklarda ölkəmizi təmsil edəcək dörd klubdan üçü – “Qarabağ”, “Sabah” və “Zirə” transfer baxımdan azarkeşlərini təəccübləndirə bilmir.

Əslində “Araz-Naxçıvan” “Zirə”dən daha az futbolçu heyətinə qatıb. Belə ki, “Zirə” Boqomolski və Konateni transfer edibsə, Naxçıvan təmsilçisi, sadəcə, Kohen ilə müqavilə imzalayıb. Lakin komanda Elmar Baxşıyevdən savayı 12 vacib futbolçusu ilə müqaviləni yeniləyib, heyətini qoruyub. “Zirə”nin də transferlərindən birini – Konateni qənaətbəxş hesab etmək olar. Boqomolski isə böyük bir sualdı.

“Köhlən atlar” dörd futbolçusu ilə yolları ayırıb, heç bir yeni transfer yoxdu. Halbuki ağdamlılara mərkəz, sağ cinah müdafiəçisi, dayaq yarımmüdafiəçi və ən azı bir hücumçu lazımdı. Qurban Qurbanovun komandasının hədəfi ən azı Avropa Liqasının əsas mərhələsində oynamaqdısa, bu iş Abbasla, Nərimanla olmayacaq.

“Sabah”ın vəziyyəti isə deyiləsi deyil. Avrokuboklara qatılacaq komandanın nə təlim-məşq toplanışının vaxtı bəllidi, nə də baş məşqçisi. Baş məşqçi olmadığı üçün transfer də yoxdu. Klub rəhbərliyi nə düşünür, necə olacaq - demək çətindi. Belə vəziyyətdə nəinki avrokubokda, çempionatda da iddialı olmaq çətin görünür. Necə ki “bayquşlar” son mövsüm çempionatda “avrokukubok zonası”ndan uzaq qaldılar.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr