BAKI, 17 iyun. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana gəlib və orada Şimali Koreya lideri Kim Çen Inla görüşü gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu, Şoyqunun üç ay ərzində Şimali Koreyaya üçüncü səfəridir.