AZ

Sabah klubunun Avroliqadakı rəqibi bu gün bəlli olacaq

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sabah" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı rəqib bu gün müəyyənləşəcək.

BAKU.WS xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Turnirin səpələnməmişlər səbətində yer alan Bakı təmsilçisinin qarşısına çıxması ehtimal olunan 8 klub var. Bunlar İsrailin "Hapoel" (Beer-Şeva), Ukraynanın "Şaxtyor" (Donetsk), Serbiyanın "Partizan", Polşanın "Legiya", Rumıniyanın "ÇFR" (Kluj), Slovakiyanın "Spartak" (Trnava), Sloveniyanın "Sele" və Moldovanın "Şerif" komandalarıdır.

Qeyd edək ki, "Sabah" Avropa Liqasındakı ilk qarşılaşmasını iyulun 10-da, cavab oyununu isə iyulun 17-də keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
baku.ws

2Mənbələr