AZ

İsrailin zərbəsi nəticəsində İran dövlət televiziyası əməkdaşlarının ölənlərin sayı 3-ə çatıb

İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin İsrailin yayımçının qərargahına endirdiyi zərbə nəticəsində həlak olan əməkdaşlarının sayı iki nəfərə çatıb...

Poliqon xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. 

“İsrailin İran İslam Respublikasının Dövlət Televiziya və Radio Yayımları Şirkətinin binasına hücumu nəticəsində xəbərlər departamentinin baş redaktoru və katibliyin əməkdaşı həlak olub”, agentliyin açıqlamasında bildirilir.

Bundan əvvəl İranın Dövlət Televiziya və Radio Yayımları Şirkəti İRİB (“İran İslam Respublikasının səsi”) İsrailin hücumuna məruz qaldığını bildirib. İsrailin Tehranda dövlət teleradio şirkətinin ofisinə zərbə endirmə anı İkinci Xəbər Kanalının canlı yayımında lentə alınıb. Bundan sonra efirə müdaxilələr görünməyə başlayıb və şəkil donub. Yayımcının özünün verdiyi məlumata görə, onun binasına ən azı dörd dəfə zərbə endirilib.

Poliqon.info 

Seçilən
1
1
poliqon.info

2Mənbələr