"Meta" şirkəti 2014-cü ildə "WhatsApp"ı aldıqdan sonra ilk dəfə olaraq messencerdə reklamlar təqdim edir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Bell" məlumat yayıb.
Məlumata görə, reklamlar gündəlik 1.5 milyard baxış toplayan yeniləmələr bölməsində görünəcək.
Reklamçılar, həmçinin kanallarını tanıtmaq və ödənişli abunəlikləri satmaq imkanı əldə edəcəklər.
Reklamların şəxsi məlumatlara əsaslandığı "Instagram" və "Facebook"dan fərqli olaraq, "WhatsApp"da hədəfləmə zəif olacaq. Reklam təklifləri istifadəçinin dilindən, bölgəsindən və kanal abunəliyindən asılı olacaq, lakin şəxsi yazışmalara təsir etməyəcək.
Şirkət əmin edib ki, "WhatsApp"dan yalnız mesaj və zənglər üçün istifadə edən istifadəçilər heç bir dəyişiklik hiss etməyəcəklər.
Telegram kanalımız