BAKI, 17 iyun. TELEQRAF
Qızılın qiyməti yüksəlib.
Teleqraf xəbər verir ki, buna İsrail-İran toqquşmaları və ABŞ Prezidenti Donald Trampın Tehranın təxliyə olunması ilə bağlı çağırışının yaratdığı geosiyasi qeyri-müəyyənlik nəticəsində investorların təhlükəsiz aktivlərə üstünlük verməsi səbəb olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.23% artaraq 3.391.79 ABŞ dollarına bərabər olub.
Burja məlumatlarına görə, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.26% artaraq 36.41 ABŞ dolları təşkil edib.