"Santos" klubunun futbolçusu Neymarın atası və eyni zamanda agenti Neymar da Silva, oğlunun Braziliya klubunda qala biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
“Onun ‘Santos’da qalmaq ehtimalı yüksəkdir. Bunun üzərində işləyirəm. Bu, digər klublardan gələn təklifləri dinləməyimə mane olmur. Bazarda maraq var. Bu həftə klublarla danışıqlar aparmaq üçün Mayamiyə gedəcəyik. Onları dinləyib nə edəcəyimizə qərar verməliyik”, - deyə Neymarın atası bildirib.
Neymarın atası həmçinin qeyd edib ki, bəzi Avropa klubları – o cümlədən Çempionlar Liqasında çıxış edənlər – 33 yaşlı futbolçuyla maraqlanırlar.
Qeyd edək ki, iyunun 13-də Neymarın karyerasını "Fənərbağça" klubunda davam etdirə biləcəyi ilə bağlı məlumat yayılmışdı.
Braziliyalı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 14 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.