BAKI, 17 iyun. TELEQRAF
İsmayıllı rayonunun Talıstan kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.