AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdmançı üçüncü yer uğrunda yarışda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.

Beləliklə, Azərbaycan dünya çempionatında ilk medalını qazanıb.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Seçilən
15
9
cbcsport.az

10Mənbələr