AZ

"Sabah"ın Avropa Liqasındakı rəqibi bu gün bəlli olacaq

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

"Unikal" xəbər verir ki, raundun püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var.

Bunlar “Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Sele" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Seçilən
13
14
unikal.az

10Mənbələr