AZ

Qərbin Rusiyaya qarşı həmləsi: Bir gecədə iki ziddiyyətli bəyanat verildi

Donald Tramp ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyalar layihəsinin gedişatını “nisbətən müsbət” qiymətləndirib.

Publika.az xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron G7 sammiti çərçivəsində deyib.

“Trampa verdiyim sual amerikalı senatorların məsələ ilə bağlı əməli adım atmasına icazə verib-verməyəcəyi ilə bağlı idi və o, nisbətən müsbət cavab verdi”, - deyə Fransa lideri Trampın sözlərinin onun üçün “yaxşı xəbər” olduğunu vurğulayıb .

İyunun əvvəlində ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair qanun layihəsi hazırlanıb. ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq təşəbbüsün müəllifi, senator Lindsi Qremlə danışdığını bildirib.

"Senatorlar hərəkətə keçməyə hazırdırlar. Onlar bunu 2025-ci il Rusiya Sanksiya Aktı adlandırdılar", - deyə o, sanksiyaların çox sərt olacağını qeyd edib.

Seçilən
8
publika.az

1Mənbələr