AZ

İsrail vətəndaşlarının ölkədən çıxışına QADAĞA QOYULDU – VİDEO

İsrail hökuməti vətəndaşların ölkədən çıxışını qadağan edib.

Bizim.Media xəbər verir ki, İsrailin nəqliyyat naziri Miri Reqev bu barədə məlumat verib.

“Hazırkı mərhələdə israillilərin xaricə çıxmasına icazə verməyəcəyik. Yalnız turist, iş adamı və ya diplomat qismində İsrailə gəlmiş və indi öz ölkələrinə qayıdan şəxslərin çıxmasına icazə veriləcək — lakin, hər halda, onlar yaxın zamanda İsraili tərk etməyəcəklər”, - deyə nazir bildirib.

Bundan əlavə, İsrail hökuməti İsrail vətəndaşlarını xaricdə təxliyyə üçün nəzərdə tutulmuş təyyarələrlə ölkədən çıxaran hava şirkətlərinə qadağa qoyub.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.


Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr