AZ

İranın fond və kapital bazarları bağlanıb

İran hökumətinin sözçüsü Muhacerani İsrailin hücumlarından sonra ölkədə bazar sabitliyi əldə olunana qədər birja və kapital bazarlarının bağlandığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu bardədə İran dövlət televiziyası məlumat verib.

Mühacerani ölkədə bank əməliyyatlarının davam etdiyini, insanların hər cür bank əməliyyatlarını həyata keçirə bildiyini, lakin xalqın kapitalını qorumaq üçün bazarda sabitlik əldə olunana qədər birja və kapital bazarlarının bağlandığını bildirib.

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların ümumi itkisinin 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Seçilən
6
2
banco.az

3Mənbələr