AZ

"Biz nə lazımdırsa edəcəyik" - Netenyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali lideri Əli Xameneinin öldürülməsi ehtimalına toxunaraq, “Biz nə lazımdırsa, onu edəcəyik” deyib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu açıqlamanı o, İrana qarşı iyunun 13-də başladılan genişmiqyaslı hücumdan sonra keçirdiyi ilk mətbuat konfransında verib.

Netanyahu İsrailin Tehranın hava məkanına nəzarət etdiyini, pilotsuz uçuş aparatları və radar sistemlərinin yarısını sıradan çıxardıqlarını bildirib. O, həmçinin İranın nüvə obyektləri və hərbi hədəflərinin vurulduğunu, 10 nüvə aliminin öldürüldüyünü açıqlayıb.

İsrailin hücumlarında 224 mülki şəxs həlak olub. İranın cavab zərbələri nəticəsində İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Seçilən
5
manset.az

1Mənbələr