İsrailin İran İslam Respublikası Radio və Televiziyasının (İRİB) binasına endirdiyi zərbə nəticəsində xəbər redaktoru Nima Rəcəbpur və inzibati şöbəsinin əməkdaşı Məsumə Əzimi həlak olub.
AzPost bildirir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA-nın məlumat verib.
Qeyd edək ki, İsrail dünən televiziya binasına zərbə endirib. Zərbə canlı efir zamanı baş verib.