AZ

Tanınmış məşqçi ​"Fənərbaxça"ya gəlir

"Fənərbaxça"nın məşqçisi Joze Mourinyonun komandasına qatılacaq köməkçi məşqçilər bəlli olub. Metbuat.az xəbər verir ki, Mourinyonun komandasında dəyişiklik ediləcək. Məlumata görə, “Fənərbaxça” 4 məşqçi ilə yollarını ayıracaq və texniki heyətə 3 yeni məşqçi əlavə olunacaq. Mourinyonun komandasında Antonio Dias, Joao Tralhao və Pedro Maçadonun olacağı irəli sürülür.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə uğursuz oyun nümayiş etdirən "Fənərbaxça"da bir sıra dəyişiklər ediləcəyi barədə xəbərlər dərc edilmişdi. "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı istefa vermişdi.

Seçilən
27
1
metbuat.az

2Mənbələr