AZ

İran İsrailə yenidən raket zərbəsi endirdi!

İsrailin İran Dövlət Televiziyasını və Tehrandakı mülki yaşayış məntəqələrini bombalamasından sonra İran bir neçə sərt bəyanatla çıxış edib.

İranın tarixdəki ən böyük hücumunu həyata keçirəcəyini elan etdikdən sonra İsraildə sirenlər səsləndi. İsrail Ordusu son dəqiqə bəyanatında İrandan raketlər atıldığını açıqlayıb.

İsrail Ordusu sosial media hesabında bütün İsrailin həyəcan vəziyyətində olduğunu paylaşıb.

“Reuters”in məlumatına görə, İsrailin “Kanal 12” və “Kanal 14” televiziya kanalları öz əməkdaşlarına təcili təxliyəyə hazırlaşmağı tapşırıblar.

Seçilən
7
news365.az

1Mənbələr