AZ

Bu gün tibb işçilərinin peşə bayramıdır

Bu gün ağxalatlı qəhrəmanların - tibb işçilərinin peşə bayramıdır. Onlar saatından asılı olmayaraq şərəfli fəaliyyətləri ilə insanların şəfa tapmalarına yardımçı olurlar. Missiya.Az xəbər verir ki, həmin əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən qeyd edilir.

Sözügedən gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürüb. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb. Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib.

Son illər səhiyyəmizin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Zərintac Mayisqızı Missiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr