AZ

PAŞA Bank 30-cu “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank, bugün öz işinə başlayan və regionun ən irimiqyaslı sənayeplatformalarından biri hesab olunan 30-cu Yubiley “Baku EnergyWeek” tədbirinin əsas bank tərəfdaşı kimi çıxış edir. Bu mötəbərplatforma enerji sektorunun qlobal liderlərini bir araya gətirərək,ölkənin iqtisadi və sənaye potensialını beynəlxalq səviyyədənümayiş etdirmək üçün geniş imkanlar yaradır.

“Baku Energy Week” çərçivəsində keçirilən üç əsas tədbir – 30-cuYubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”,13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “CaspianPower” və 30-cu Yubiley “Baku Energy Forum” — yüksək beynəlxalqiştirak səviyyəsi, strateji gündəliyi və enerji sənayesinin aktualmövzuları ilə seçilir. Forumda neft və qaz kəşfiyyatı və hasilatı,yaşıl enerjiyə keçid, ixrac infrastrukturu və Azərbaycanın artaninvestisiya cəlbediciliyi kimi önəmli mövzular müzakirə ediləcək.Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı, sənayeliderləri arasında strateji razılaşmaların və əməkdaşlıqsənədlərinin imzalanması da nəzərdə tutulur.

PAŞA Bank tədbirin hər üç əsas hissəsində fəal iştirak etməkləyanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə onlarınfərdi biznes ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri təqdimedəcək. Bankın bu fəallığı Azərbaycanın enerji sektorunun davamlıinkişafına dəstək olmaqla yanaşı, korporativ biznesin və kiçik vəorta sahibkarlığın (KOS) maliyyə resurslarına çıxış imkanlarınıgenişləndirməyə və onların dayanıqlı inkişafını təşviq etməyəyönəlib.

Qeyd edək ki, PAŞA Bank real sektorun maliyyələşdirilməsisahəsində göstərdiyi xidmətlərə görə nüfuzlu beynəlxalq nəşrlərtərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2024-cü ildə“Euromoney” tərəfindən “Azərbaycanın Ən Yaxşı KOS Bankı”, 2025-ciildə isə “International Investor” tərəfindən “Azərbaycanın Ən YaxşıBankı” adına layiq görülmüşdür. Bu mükafatlar Bankın həm yerli, həmdə beynəlxalq maliyyə bazarlarında etibarlı, innovativ və stratejitərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr