AZ

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

Bakı. Trend:

Azercell Amazon Web Services ilə əməkdaşlıq çərçivəsindətələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarınıartırmaq məqsədilə "DataMinds Azercell" bootcamp təşəbbüsünü elanedir.

Bu proqram Azərbaycanda data sənayesinin inkişafına töhfə verməkməqsədi daşıyır. Eyni zamanda, layihə tələbələrin akademikbiliklərinin müasir sənayenin tələbləri ilə uzlaşdırılmasına dəstəkgöstərərək, onların peşəkar mütəxəssislər kimi formalaşmasınıhədəfləyir.

21 iyul – 5 sentyabr tarixlərində keçiriləcək intensiv proqramAmazon Web Services-in qabaqcıl hibrid cloud texnologiyalarıtəminatı ilə DataOps, MLOps və Generativ AI sahələrini əhatəedəcək. Dərslər Azercell-in Data və AI komandasında çalışanekspertlər tərəfindən keçiriləcək.

Proqram STEM ixtisasları üzrə təhsil alan və Big Data və Süniintellekt sahəsində karyera qurmaq istəyən 3-4-5-ci kurs bakalavr,həmçinin magistratura tələbələri üçün nəzərdə tutulub. Proqramdaiştirak etmək istəyən gənclər 27.06.2025 tarixinədək bu link üzərindənqeydiyyatdan keçməlidirlər.

Namizədlər üç mərhələli seçim prosesi çərçivəsində proqramtələblərinə uyğunluq, dil və bacarıq testləri və müsahibələrəsasında dəyərləndiriləcəklər. Yekunda 25 tələbə proqramda iştirakhüququ əldə edəcək.

Proqramı uğurla bitirən iştirakçılar sertifikatla təltifolunacaq və Azercell-də data sahəsi üzrə təcrübə keçmək imkanı əldəedəcəklər.

Ətraflı məlumat və suallar üçün: [email protected]

Məqalədə:
Seçilən
11
10
az.trend.az

10Mənbələr