AZ

Sən arıqladıqca onların sərvəti artır

Son illərdə arıqlama dərmanlarına olan tələbat getdikcə artıb. Sosial şəbəkələrdə demək olar ki, bütün blogerlər və məşhurlar müxtəlif növ arıqlama dərmanlarını reklam edir.

Valyuta.az xəbər verir ki, bu dərmanlar insanların köklük problemlərini kökündən həll etmir, əksinə, bəzi hallarda ciddi fəsadlara yol açır. Buna baxmayaraq, dərman şirkətləri bu preparatlardan milyardlarla dollar qazanc əldə edirlər.

Sosial mediada olan “ideal bədən” təziqi və qlobal gözəllik standartları insanları bu zərərli və baha dərmanları almağa sövq edir. Tanınmış məşhurlar arasında Kim Kardashian, Elon Mask və başqalarnın bu cür dərmanlardan  isdifadə etməsi onlara olan təlabatı artırır.

Bəs kim qazanır?

Dünyaca məşhur Novo Nordisk (Ozempic, Wegovy) və Eli Lilly (Mounjaro) kimi şirkətlər bu sahədə liderdir. Novo Nordisk-in bazar dəyəri 2024-cü ilin sonuna 500 milyard dolları keçdi. Bu dərmanlar şirkətlərin gəlirində rekord artım yaradıb – təkcə Ozempic 10 milyard dollardan çox qazandırıb. ABŞ-da bir dozası 1300-1400 dollar arasında satılır.

Bu dərmanlar Azərbaycanda mövcuddurmu?

Bəli, “Ozempic” və “Wegovy” kimi dərmanlar Azərbaycanda bəzi apteklərdə rəsmi olaraq satılır. Amma əsas problem onların məhdud miqdarda, bəzən də çox baha qiymətə mövcud olmasıdır. Bəzi vətəndaşlar bu dərmanları xaricdən sifariş edərək, ya da sosial şəbəkələrdə təklif olunan kanallar vasitəsilə əldə etməyə çalışır. Bu isə saxta və keyfiyyətsiz dərman riskini artırır. Azərbaycanda bu dərmanalrın bir dozası 300-700 manat arasında dəyişir.

Təəssüf ki, sosial şəbəkələrdə və “Telegram” qruplarında bu dərmanların satışı ilə bağlı çoxlu qeyri-rəsmi elanlara  da rast gəlmək mümkündür. Orijinal adı ilə satılan, amma tərkibi bilinməyən preparatlar sağlamlıq üçün real təhlükə yaradır. Bu dərmanları aldıq da, istehlakçılar ayıq olamlı və lisenziyalı preparatlara müraciət etməlidirlər.

Bəs bu preparatlar zərərlidirmi?

Bu dərmanlar piylənmə ilə mübarizədə bəzən effektiv olsada, həkimlər yalnız tibbi zərurət olduqda, yəni piylənmə və ya şəkərli diabet diaqnozu  təyin edildikdə istifadəsini tövsiyə edir. Bəzi mütəxəssislər dərmanın tərkibindəki maddələrin uzunmüddətli istifadədə mədə-bağırsaq sisteminə, psixoloji vəziyyətə, hətta hormonlara təsir etdiyini bildirirlər.

Arıqlama dərmanları əslində tibbi ehtiyacla başlayan, amma sosial təzyiq, bədən idealları və farmasevtik maraqlarla böyüyən bir sənayenin parçasına çevrilib. Azərbaycanda da bu dərmanlara maraq artır. Amma bu maraq bir tərəfdən sağlamlıq arzusu, digər tərəfdən gizli bazar, yüksək qiymət və riskli istifadə ilə müşayiət olunur.

Sonda sual budur: Həqiqətən arıqlayırsanmı, yoxsa sadəcə sistemin qazanc obyektinə çevrilmisən?

Seçilən
20
2
valyuta.az

3Mənbələr