AZ

İsrailin zərbəsi nəticəsində İran dövlət televiziyasının üç əməkdaşı həlak olub


Xəbər verdiyimiz kimi, İsrail “İran İslam Respublikasının Səsi” (İRİB) kimi tanınan İranın dövlət televiziyasının qərargahına zərbə endirib.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, İsrailin endirdiyi zərbə nəticəsində 3 televiziya əməkdaşı həlak olub.
İranın dövlət televiziyasının qərargahına hücum iyunun 16-da canlı yayım zamanı baş verib.
Hücum nətiəsində binada yanğın baş verib və yayım kəsilib.
Digər tərəfdən, İran dövlət televiziyasının bir neçə əməkdaşı İsrailin hücumu nəticəsində yaralanıb. Ancaq şirkət yaralananların sayı barədə dəqiq məlumat yaymayıb.
İran Xarici İşlər Nazirliyi hücumu hərbi cinayət adlandırıb.
Seçilən
29
1
yeniavaz.com

2Mənbələr