AZ

Yuxusuzluğu aradan qaldıran qidalar bəlli oldu

Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırma, gün ərzində tövsiyə olunan miqdarda meyvə yeməyin yalnız bir gündə yuxusuzluq üçün "əhəmiyyətli fərq" yarada biləcəyini tapıb. Yuxu pozğunluqları ürək sağlamlığına, yaddaşa, öyrənməyə və əhval-ruhiyyənin tənzimlənməsinə mənfi təsirlər də daxil olmaqla geniş nəticələrə səbəb ola bilər.

Hafta.az-ın yazdığına görə, tədqiqatlar göstərir ki, qeyri-kafi yuxu insanları qeyri-sağlam həyat tərzinə, yağ və şəkərlə zəngin pəhrizlərə sövq edə bilər.

Lakin Kolumbiya və Çikaqo Universitetindən olan tədqiqatçılar deyirlər ki, pəhrizin yuxu rejiminə necə təsir etdiyi barədə çox az şey məlumdur.

“Sleep Health” elmi jurnalında dərc edilən son araşdırma, meyvəsiz həyat tərzindən gündə beş porsiya meyvə yeməyə keçmənin gecə boyu sağlam yatmağınıza kömək edə biləcəyini göstərib.

Yeni tədqiqatın həmmüəllifi, yuxu mütəxəssisi Esra Tasali, "Belə əhəmiyyətli dəyişikliyin 24 saatdan az müddətdə müşahidə oluna bilməsi diqqətəlayiqdir" deyib. "Pəhriz dəyişiklikləri daha yaxşı yuxu əldə etmək üçün yeni, təbii və qənaətcil bir yanaşma ola bilər" deyib Dr.Tasali.

Tədqiqata bir proqram vasitəsilə gündəlik qida qəbulunu bildirən və tədqiqatçılara yuxu rejimini obyektiv ölçməyə imkan verən bilək monitorları taxan sağlam gənclər qatılıb. Alimlər xüsusilə insanın gecə ərzində neçə dəfə oyandığını və ya dərin yuxudan yüngül yuxuya keçdiyini əks etdirən “yuxunun parçalanmasına” baxıblar.

Alimlər hər günün pəhrizinin növbəti gecənin yuxusunda “əhəmiyyətli fərqlər”lə əlaqəli olduğunu tapdılar. Gün ərzində daha çox meyvə və tərəvəz yeyənlər gecələr daha dərin, fasiləsiz yuxuya gedirdilər. Alimlər həmçinin, tam taxıl kimi daha sağlam karbohidratlar yeyən iştirakçıların daha yaxşı yatdığını aşkar ediblər.

Ümumilikdə, tədqiqatçılar gündə tövsiyə olunan beş porsiya meyvə və tərəvəz yeyən insanların ümumiyyətlə meyvə-tərəvəz istehlak etməyənlərlə müqayisədə yuxu keyfiyyətində 16 faiz artım müşahidə etdiyini hesablayıblar.

Seçilən
19
hafta.az

1Mənbələr