AZ

Avropa Liqasında püşk günü: “Sabah”ın rəqibi bilinəcək

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Turnirdə Azərbaycanı təmsil edəcək “Sabah”ın da rəqibləri məlum olacaq. “Bayquşlar” “Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Sele” (Sloveniya) və “Şerif” (Moldova) klublarından birinə rəqib olacaq.

 “Sabah” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Seçilən
11
1
futbolpress.az

10Mənbələr