AZ

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə deyilir:

"Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görünüş dairəsində bu ilin Yanar-May ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir. 

Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir".

Seçilən
6
33
operativmedia.az

10Mənbələr