AZ

Avropa Liqası: “Sabah”ın rəqibi müəyyənləşir – YENİLƏNİR 

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi “Sabah”ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan “Sabah” daha yüksək reytinqə malik 8 komandadan birinə rəqib olacaq. Bunlar “Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Selje” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Seçilən
8
12
idmanxeber.az

10Mənbələr