AZ

SON DƏQİQƏ! Təbrizdə güclü partlayışlar – İsrailə raket hücumu

İranın şimal-qərbində yerləşən Təbriz şəhərində bu gecə 2 güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, məlumatı İranın təhlükəsizlik məsələlərinə yaxınlığı ilə tanınan NourNews agentliyi yayıb.

Paralel olaraq İsrail Ordusu – SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) bir neçə dəqiqə əvvəl İran ərazisindən İsrailə raket atıldığını bəyan edib.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, hava hücumundan müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün aktivləşdirilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr