AZ

G7 liderləri İran və İsraillə bağlı birgə bəyanatda razılaşıblar

G7 liderləri bazar ertəsi yaydıqları birgə bəyanatda Yaxın Şərq böhranını həll etməyə çağırıblar.

Bəyanatın mətni Kanadanın G7-yə sədrliyinin saytında dərc olunub.

CNN xəbər verir ki, məsələ ilə tanış olan rəsmilərin sözlərinə görə, bəyanat layihə mətninə dəyişikliklər edildikdən sonra prezident Donald Tramp tərəfindən dəstəklənib.

“Biz Qəzzada atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə gərginliyin daha geniş şəkildə azalmasına gətirib çıxarmaq üçün İran böhranının həllinə çağırırıq”, - bəyanatda deyilir.

Bazar ertəsi səhər rəsmilər bildirmişdilər ki, ABŞ Avropa liderlərinin konfransda hazırladıqları bəyanat layihəsini imzalamayacaq.

Bununla belə, sənədin mətninə, xüsusən də böhranın diplomatik yolla həllinə və beynəlxalq hüquqa hörmətə çağırışlara dəyişikliklər edildikdən sonra, məsələ ilə tanış olan rəsminin sözlərinə görə, Tramp bəyanatı imzalayıb.

S.ELAY

XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr