AZ

"Barselona" 23 yaşlı futbolçu üçün 58 milyonundan keçəcək

BAKI, 17 iyun. TELEQRAF

“Barselona” İspaniyanın “Atletik Bilbao” klubunun futbolçusu Niko Uilyamsın transferi üçün satınalma maddəsini aktivləşdirməyə qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yaylb.

Kataloniya klubu 23 yaşlı cinah hücumçusu üçün tələb olunan təzminat məbləğini, yəni 58 milyon avronu ödəməyə hazırdır.

Bildirilib ki, hələlik irəliləyiş yoxdur, amma “Barselona” bu transferi reallaşdırmağa çalışır.

Qeyd edək ki, 2024/2025 mövsümündə Niko Uilyams “Atletik”in heyətində bütün turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr