İsrail Müdafiə Qüvvələri (CAXAL) İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “Hatem əl-Ənbiya” Mərkəzi Komandanlığının arxa təminat rəhbəri general Əli Şadmaninin öldürüldüyünü rəsmən təsdiqləyib.
KONKRET.az xəbər verir ki, məlumata görə, general Şadmani əvvəllər SEPAH-da yüksək vəzifələrdə çalışıb və müxtəlif hərbi əməliyyatların logistik təminatına rəhbərlik edib.
Onun dəqiq zərbə nəticəsində hədəfə alındığı və öldürüldüyü qeyd olunur.
Müşviq Tofiqoğlu,
KONKRET.az