AZ

“Laminar” MMC nizamnamə kapitalını kəskin şəkildə azaldır

Finss.az - “Laminar” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalında ciddi azalma barədə qərar verib.

Banker.az-ın məlumatına görə, şirkət nizamnamə kapitalını 71 574 manat azaldaraq mövcud 71 674 manatdan cəmi 100 manata endirib. Bu qərarla əlaqədar olaraq, kreditorlara xəbərdarlıq olunur ki, bu elanın dərc edildiyi gündən etibarən 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanına təqdim etsinlər.

Qeyd edək ki, “Laminar” MMC 2021-ci ildə yaradılıb və hüquqi təmsilçisi Elvin Həsənovdur.

Seçilən
12
fins.az

1Mənbələr