AZ

Karlson: "İranla müharibə Amerika imperiyasının sonunu gətirəcək"

Məşhur amerikalı jurnalist  "War Room" podkastında çıxışı zamanı diqqət çəkən fikirlər səsləndirib. O, deyib ki, ABŞ-ni İranla silahlı münaqişəyə cəlb etmək Amerika imperiyasının dağılmasına səbəb ola bilər.


Karlson ABŞ-nin Yaxın Şərqdə baş verənlərdən daha da zəifləyəcəyindən narahatlığını ifadə edib.


"Düşünürəm ki, biz Amerika imperiyasının sonunu görəcəyik. Təbii ki, bunu başqa ölkələr də istəyər. Bu, "Amerika gəmisi"ni İranın qayalıq və sahillərində məhv etmək üçün əla fürsətdir", - Karlson deyib.


O, İraqın işğalını misal kimi göstərib. Jurnalist qeyd ki, məhz bu amil Corc Buşun bütün əsas daxili siyasi planlarının qarşısını aldı. Çünki Birləşmiş Ştatlar uzun müddət İraqda bataqlıqda qaldı.


Karlson həmçinin onu da iddia edib ki, ABŞ silahlı qüvvələri “kəndliləri bombaladıqdan sonra qələbəni elan etmək”dən başqa iş bacarır,  lazım olanda real hərbi münaqişəyə qətiyyən hazır olmur.

Tural

Seçilən
10
news365.az

1Mənbələr