AZ

Almaniyalı hücumçu “Araz-Naxçıvan”a keçir

Almaniyanın “Osnabrük” klubunda çıxış edən Ba-Muaka Simakala “Araz-Naxçıvan”a keçməyə çox yaxındır.

Msport.az xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət məcrada bitmək üzrədir.

“Araz-Naxçıvan”ın Premyer Liqada 3-cü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanması III Bundesliqa klubunda çıxış edən almaniyalı hücumçunun xüsusi marağına səbəb olub. Bu səbəbdən naxçıvanlıların təklifi 28 yaşlı forvarda cəlbedici gəlib. “Osnabrük”dən ayrılmağa hazırlaşan Simakala “Araz-Naxçıvan”a azad agent kimi keçəcək.

Qeyd edək ki, 2014-cü ildə Almaniyanın U-18 millisinin formasını geyinən Ba-Muaka Simakala “Osnabrük”ə ötən il “Holştayn Kil”dən keçmişdi.

Seçilən
29
msport.az

1Mənbələr