AZ

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

"Əl-Nəsr" rəsmi saytı vasitəsilə klubun baş direktoru Majed Caman Əl-Sorur ilə müqaviləni ləğv etdiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, rəsmi açıqlamada qərarın mayın 8-də başlayan daxili araşdırmanın nəticəsinə əsasən çıxarıldığı bildirilib.

İdarə heyəti Əl-Sorurun şəxsi hesabında mesaj yerləşdirməklə məxfilik öhdəliyini pozması və "Əl-Nəsr"in nüfuzuna xələl gətirməsi qənaətindədir. Direktorlar şurası yekdilliklə Əl-Sorurun istefaya göndərilməsinə səs verib. 

Baş direktor klubun qərarına cavab olaraq məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirib. O, sosial şəbəkə hesabında belə paylaşım edib: "Bu gün mənim xidmətlərimə qeyri-peşəkar, yersiz və qəbuledilməz hesab etdiyim şəkildə xitam verildi. Ona görə də klubu idarə edən rəhbərliklə mənim aramda məhkəmə çəkişməsi başlayacaq". 

"Əl-Nəsr" 2024/25 mövsümünün sonunda Səudiyyə Ərəbistanı çempionatında üçüncü yeri tutub.

Mirağa

Seçilən
17
1
fanat.az

2Mənbələr