AZ

ABŞ ən iri iki təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərir

İsrail və İran arasında münaqişənin gərginləşməsi təhlükəsinə cavab olaraq, ABŞ iki təyyarədaşıyan gəmisi, “Karl Vinson” və “Nimitz” Yaxın Şərqə gedir.

Herbiand.az xəbər verir ki, bunu “The Telegraph”da Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Tom Sharp yazıb.

Hər bir aviadaşıyıcı zərbə qrupu (CSG) F/A-18 Hornet qırıcıları və ən son F-35C də daxil olmaqla 65-70 döyüş təyyarəsini daşıyan nüvə mühərrikli təyyarədaşıyan gəminin ətrafında qurulmuş mürəkkəb döyüş strukturudur. Onları “Arleigh Burke” sinifli esmineslər, “Ticonderoga” kreyserləri və ya əlavə esmineslər, həmçinin “Tomahawk” raketləri ilə hücum sualtı qayıqları müşayiət edir.

Sharp yazır: "Bu gəmilər hətta hipersəs silahlarına da davamlı olan və minlərlə kilometr uzaqlıqdakı sahil hədəflərinə dəqiq zərbələr endirməyə qadir olan müdafiə sistemini təşkil edir".

Seçilən
3
herbiand.az

1Mənbələr