AZ

İsmayıllıda oğul atasının boğazını kəsdi - YENİLƏNİB

Gündəlik istifadə etdiyimiz avtomobillərdə təhlükəsizliyi təmin edən vacib elementlərdən biri də güzgülərdir. 

Avtosfer.az xəbər verir ki, bu güzgülər heç vaxt düz formada deyil, xüsusi olaraq əyri şəkildə dizayn olunur. Bəs bu qərarın arxasında hansı səbəblər dayanır?

Mütəxəssislər bildirirlər ki, güzgülərin əyri dizayn olunması bir neçə funksional üstünlük verir və bu, sürücülük zamanı həm rahatlığı, həm də təhlükəsizliyi artırır.
Əyri güzgülər sürücünün görmə bucağını genişləndirir və daha ətraflı görüntü təqdim edir. Bu? xüsusilə zolaq dəyişmə, döngə etmə, geri dönmə və ya qəfil manevrlər zamanı olduqca vacibdir.

İnsan gözü periferik (yan) görməni daha yaxşı qavradığı üçün əyri güzgülər bu təbii görmə bucağına uyğun dizayn edilib. Beləliklə, sürücü başını az hərəkət etdirərək daha geniş görüntü əldə edə bilir.

Əyri güzgülər sürücünün ətraf mühiti daha dolğun görməsinə şərait yaradaraq qəza riskini azaldır. Geniş görüntü sayəsində təhlükəli situasiyaların qabaqlanması mümkün olur.

Avtomobildə “kor nöqtə” adlandırılan və sürücünün birbaşa görə bilmədiyi sahələr mövcuddur. Əyri güzgülər bu kor nöqtələri minimuma endirir. Əks halda, düz güzgülər istifadə olunsa, bu sahələri görmək mümkün olmaz və bu, ciddi təhlükələr yarada bilər.

Əyri güzgülərin ən böyük çatışmazlığı odur ki, obyektlər əslində olduğundan daha uzaqda görünə bilər. Bu səbəbdən bir çox avtomobillərdə “güzgüdə görünən obyektlər əslində daha yaxındadır” xəbərdarlığı qeyd olunur.

Əgər avtomobillərin güzgüləri düz olsaydı, sürücü yalnız birbaşa baxış bucağında olan obyektləri görə bilərdi. Bu isə kor nöqtələrin artmasına və görmə sahəsinin daralmasına səbəb olardı. Nəticədə, zolaq dəyişmə, ötmə və dönmə zamanı ciddi təhlükələr meydana gələ bilərdi.

Əyri güzgülər bir çox sürücü tərəfindən diqqətdən yayınsa da əslində avtomobilin təhlükəsizliyini təmin edən həyati əhəmiyyətli detal hesab olunur. Bu dizayn sayəsində həm sürücünün görmə sahəsi genişlənir, həm də yol qəzalarının qarşısının alınması mümkün olur.

Eltac Zülfüqaroğlu

Seçilən
16
avtosfer.az

1Mənbələr