AZ

Kiyevə raket hücumu zamanı çoxmərtəbəli bina çöküb - AZƏRTAC hadisə yerindən xəbər verir

Kiyev, 17 iyun, AZƏRTAC

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə edilən çoxkombinasiyalı hava hücumu nəticəsində azı 60 nəfər yaralanıb, 27 yaşayış obyektinə ziyan dəyib.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Kiyev şəhər meri Vitali Kliçko bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə hava hücumları nəticəsində paytaxtda azı 14 nəfərin öldüyünü açıqlayıb. Dağıntılar altında insanların qaldığı güman edilir. Hazırda axtarış tədbirləri davam etdirilir.

Bildirilir ki, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxta müxtəlif tipli raketlər atılıb.

AZƏRTAC-ın xüsusi müxbiri raket zərbəsi nəticəsində bir hissəsi uçan 9 mərtəbəli binadan son video və fotoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

Seçilən
9
azertag.az

1Mənbələr