AZ

“Açarla gəlmişəm qapımı açmağa, deyir ki, ev sənin deyil” - Video

Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada bəzi sakinlər pul verib aldıqları mənzillərində yaşaya bilmirlər. 

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, aldıqları mənzillər başqalarına da satılıb. Şikayətçilər bildiriblər ki, 2017-ci ildən tikilməkdə olan binada mənzil üçün ödəniş ediblər. Lakin bir neçə il əvvəlki qiymətlərlə ödəniş etdiklərindən indi pul yox, həmin binadan mənzil istəyirlər.

“Açar üstümdə gəlmişəm qapını açmağa, deyir ki, ora sənə məxsus deyil. 2021-ci ildə imzalanan müqavilə əlimdə, evimə girə bilmirəm. Deyir, mən sənin müqaviləni ləğv edə bilərəm. Bu nə özbaşınalıqldır? Müqaviləni necə ləğv edə bilər?”, - sakinlərdən biri qeyd edib. 

Özünü binanı inşa edən MMC-nin rəsmisi olaraq təqdim edən Filman Cəfərov isə bildirib ki, sakinə binanın 5-ci mərtəbəsindən mənzil təklif edilib və qanuni ona məxsusdur. O ki, qaldı digər sakinin müqaviləsinin ləğv edilməsinə, digər şikayətçi ilə də mənzilin sahəsinə görə razılığa gəlinməlidir.  

Daha ətraflı süjetdə: 

Seçilən
10
11
qafqazinfo.az

10Mənbələr