AZ

İran ənənəvi olaraq proksi qüvvələrdən, xüsusilə də hüsilərdən istifadə edir



İsrail və İran arasında hazırki hava zərbələri belə özündə genişmiqyaslı müharibəni ehtiva edir. Bu müharibəyə digər dövlətlərin də qoşulma ehtimalı olduqca aşağıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, ABŞ, Böyük Britaniya kimi dövlətlər İrandan İsrailə endirilən raket və dron zərbələrini neytrallaşdıraraq bu və ya digər şəkildə tərəf olduqlarını ortaya qoyublar:

"İndiki mərhələdə isə onların da İsraillə birgə İrana zərbələr endirməsi gözlənilmir, çünki buna faktiki olaraq ehtiyac yoxdur. İsrail İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağı bacarıb. 120-dən çox raket buraxılış qurğusunu sıradan çıxararaq Tehranın üzərində rahat hərəkət imkanı əldə edib. Qeyd edim ki, bu qədər raket qurğusu İranın raket buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir. Bundan başqa 20-dən çox "yer-yer" tipli raket sistemi də sıradan çıxarılıb ki, bu da indiki mərhələdə İsrailin təkbaşına da Tehranla rəqabət apardığını ortaya qoyur. Düzdür biz ABŞ və digər ölkələr tərəfindən İsrailin müvafiq texnika, kəşfiyyat məlumatları ilə təmin olunmasını nəzərə aldıqda Təl-Əvivin tək olmadığını deyə bilərik. Amma hər halda hələ ki, İsrailin heç bir müttəfiqi birbaşa olaraq İrana zərbələrin endirilməsində iştirak etmir".

Politoloq deyib ki, İran isə yenə də ənənəvi olaraq proksi qüvvələrdən, xüsusilə də hüsilərdən istifadə edir:

"İsrailə cavab zərbələri zamanı İranla yanaşı Hüsilərin də hipersəs raketlərindən istifadə etdiyi məlumdur. Düşünürəm ki, İsrailin müttəfiqləri indiki halda İranın özünə yox, proksi qüvvələrə qarşı əməliyyatlarda iştirak edə bilərlər".

Süleyman
Seçilən
9
1
newscenter.az

2Mənbələr