
Dollar/lirə məzənnəsində son bir ayda müşahidə olunan artım, Türkiyə iqtisadiyyatında baş verən proseslərin valyuta bazarına təsirini bir daha gündəmə gətirir. Hazırda 1 ABŞ dolları 39.37 lirə səviyyəsindədir. Bu isə ötən ayın eyni dövrü ilə müqayisədə 0.70 lirə və ya 1.8% artım deməkdir.
Kommersant.az xəbər verir ki, məzənnədəki bu dəyişiklik bir neçə əsas amillə izah olunur. İlk növbədə, Türkiyənin yüksək inflyasiya göstəriciləri lirənin alıcılıq qabiliyyətini zəiflədir. Bu isə milli valyutanın dollara qarşı dəyər itirməsinə səbəb olur. Eyni zamanda, Mərkəzi Bankın faiz siyasəti və hökumətin iqtisadi idarəetmə strategiyaları investorların gözləntilərinə birbaşa təsir edir. Xarici investorların risk algısı yüksəldikcə, valyuta bazarında dollar tələbi artır və bu da məzənnəyə təzyiq yaradır.
Digər tərəfdən, ABŞ-da faiz dərəcələrinin yüksək qalması dolların qlobal gücünü qorumasına imkan verir. Bu da lirə kimi inkişaf etməkdə olan ölkələrin valyutaları üçün əlavə risk faktoru sayılır.
Bütün bu faktlar fonunda lirənin dollara qarşı mövqeyi zəifləməyə davam edir və bu tendensiyanın yaxın dövrdə də dəyişməyəcəyi ehtimal olunur. Xüsusilə də yay aylarında turizm gəlirlərinin azalması, strukturda da problemlər davam etdiyi üçün məzənnədə sabitlik hələlik uzaq görünür.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan "Türkiyə iqtsadiyyatının cavabdehi mənəm"-deyə açıqlama vermişdi.