AZ

Kiyev kütləvi zərbələrə məruz qalıb

AzVision.az yerli hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verir ki, PUA-ların hücumu nəticəsində Kiyevdə 14 nəfər yaralanıb, o cümlədən qadın ağır vəziyyətdədir, ev dağılıb, avtomobillər yanıb.

“Düşmən PUA-larının daha bir böyük qrupu şəhərin mərkəzinə doğru hərəkət edir”, - Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib.

Ukrayna ordusunun Hərbi Hava qüvvələrinin (HHQ) Komandanlığı Rusiyanın Tu-95MS strateji bombardmançı təyyarələrinin fəaliyyətini qeydə alıb.

Komandanlığın rəsmi Telegram-kanalında bildirilib ki, Rusiyanın Murmansk vilayətindəki “Olenya” aerodromundan iki təyyarə havaya qalxıb. Hazırda bombardmançı təyyarələr cənub-şərq istiqamətində uçur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
2
azvision.az

3Mənbələr