İsmayıllıda oğul atasının boğazını kəsməkdə şübhəli bilinir.
"Report" xəbər veirr ki, İsmayıllı rayonunun Talıstan kənd sakini, 1994-cü il təvəllüdlü Əzizov Kənan Bəhlul oğlu aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Əzizov Bəhlul Təşkilat oğluna qarın və boğaz nahiyəsindən bıçaqla xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Kənan Əzizov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.