Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik 8 komandadan birinə rəqib olacaq. Bunlar "Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Selje" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
"Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.