AZ

Dərin və rahat yuxu üçün bu 9 qida tövsiyə olunur

Keyfiyyətli və dərin yuxu sağlam həyatın əsas şərtlərindən biridir.


Pravda.az yuxuya getməkdə çətinlik çəkənlər üçün bəzi qidaları təqdim edir:


Melatonin və triptofan kimi maddələrlə zəngin olan təbii qidalar orqanizmi rahatlaşdıraraq yuxuya keçidi asanlaşdırır.


Banan - Kalium və melatoninlə zəngin olan banan bədəni sakitləşdirir. Gecə yatmazdan əvvəl yarım ədəd banan yemək dərin və rahat yuxuya keçid üçün faydalıdır.


Yulaf – Liflə zəngin olan yulaf melatoninin ifrazını dəstəkləyir. Axşam saatlarında yulaf yemək yuxuya getməni asanlaşdırır.


Süd – İlıq süd tərkibindəki amin turşuları sayəsində bədəni rahatlaşdırır və yuxunun keyfiyyətini artırır.


Çobanyastığı çayı – Təbii sakitləşdirici təsirə malik bu bitki çayı dərin və sakit yuxuya keçidi dəstəkləyir.


Qatıq – Triptofanla zəngin olan qatıq az yağlı formada qəbul edildikdə rahat yuxunu təmin edir.


Düyü – Az yağlı şəkildə bişirilmiş düyü yeməkləri qatıqla birlikdə yeyildikdə orqanizmi yuxuya hazır vəziyyətə gətirir.


Tam taxıllı çörək – Taxıllı çörək və ayranla birlikdə qəbul edilən yüngül yemək dərin və rahat yuxunun açarı ola bilər.


Qoz – Melatoninin ifrazını artıran qoz bədənin yuxuya keçid prosesini sürətləndirir və fasiləsiz yuxunu dəstəkləyir.


Badam – Zülal və minerallarla zəngin olan badam yatmazdan əvvəl yeyildikdə orqanizmi sakitləşdirir və yuxuya keçidi asanlaşdırır.


Qeyd: Dərin və rahat yuxu problemi yaşayanlara bu təbii qidaları gündəlik rasionlarına daxil etmələri tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 17 İyun 2025, 10:44   
Seçilən
9
1
pravda.az

2Mənbələr