AZ

DÇ: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha iki azərbaycanlı idmançı tatami üzərinə çıxacaq.

Operativ Media xəbər verir ki, turnirin beşinci yarış günündə Vüqar Talıbov və Elcan Hacıyev mübarizəyə qoşulacaq.

Kişilər arasında -90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov 1/32 final mərhələsində gürcüstanlı Luka Maysuradze ilə qarşılaşacaq.

Elcan Hacıyev isə 1/16 finalda özbəkistanlı Nurbek Murtozoyevlə Remi Föyye duelinin qalibi ilə qarşılaşacaq.

Təsnifat görüşlərinə Bakı vaxtı ilə saat 13:00-da, final blokuna isə saat 20:00-da start veriləcək.

 

Seçilən
1
operativmedia.az

1Mənbələr